Pişiyi təpikləyən futbolçu məhkəmə qarşısına çıxacaq

Pişiyi təpikləyən futbolçu məhkəmə qarşısına çıxacaq İngiltərənin "Vest Hem" klubunun futbolçusu Kurt Zuma ölkəsi Fransada məhkəmə qarşısına çıxacaq.
Futbol
24 May , 2022 00:01
Pişiyi təpikləyən futbolçu məhkəmə qarşısına çıxacaq

İngiltərənin "Vest Hem" klubunun futbolçusu Kurt Zuma ölkəsi Fransada məhkəmə qarşısına çıxacaq.

"Report"un BBC-yə istinadən məlumatına görə, buna 28 yaşlı müdafiəçinin pişiyi təpikləməsi səbəb olub.

Fransalı oyunçunun məhkəməsi mayın 24-də Londonda baş tutacaq. Zuma ilə yanaşı, onun heyvana qarşı qəddarlığını videoya çəkən qardaşı da mühakimə olunacaq.

İddiaya görə, oyunçunu 4 ilə qədər həbs cəzası və 60 000 avro cərimə gözləyir.

Son xəbərlər

Orphus sistemi