PFL rəsmisi: "Azərbaycan Kuboku bu mövsüm daha maraqlı olacaq"

PFL rəsmisi: "Azərbaycan Kuboku bu mövsüm daha maraqlı olacaq" Azərbaycan Kuboku bu mövsüm daha maraqlı olacaq.
Futbol
30 Sentyabr , 2024 15:15
PFL rəsmisi: Azərbaycan Kuboku bu mövsüm daha maraqlı olacaq
Elgiz Abbasov

Azərbaycan Kuboku bu mövsüm daha maraqlı olacaq.

"Report" xəbər verir ki, bunu PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimində deyib.

O, I təsnifat mərhələsində yalnız II Liqa klublarının yarışacağını söyləyib:

"Çünki yarışda Azərbaycan Premyer Liqasının komandaları ilə yanaşı I və II Liqada mübarizə aparan kollektivlər də qüvvəsini sınayacaqlar. Ümid edirik ki, hər şey yaxşı olacaq. Yarışa I təsnifat mərhələsindən başlayacağıq. Burada yalnız II Liqa kollektivləri oynayacaq. 1/8 final görüşləri 1 oyundqn ibarət olacaq. 1/4 finalda isə qarşılaşmalar ev-səfər prinsipi ilə keçiriləcək".

Qeyd edək ki, Azərbaycan Kubokunun I təsnifat mərhələsi oktyabrın 12-13-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi