PFL Ayxan Abbasovun təqvimlə bağlı narazılığına münasibət bildirib

PFL Ayxan Abbasovun təqvimlə bağlı narazılığına münasibət bildirib Peşəkar Futbol Liqası (PFL) "Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasovun təqvimlə bağlı narazılığına münasbət bildirib
Futbol
27 Sentyabr , 2021 18:16
PFL Ayxan Abbasovun təqvimlə bağlı narazılığına münasibət bildirib

Peşəkar Futbol Liqası (PFL) "Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasovun Azərbaycan Premyer Liqasının təqvimi ilə bağlı narazılığına münasbət bildirib.

PFL-in Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov "Report"a açıqlamasında mövsümün əvvəlində 40 yaşlı mütəxəssislə bu məsələni müzakirə etdiklərini söyləyib.

Abbasov deyib ki, digər klublar kimi, "gənclik şəhəri" təmsilçisinin də ən az əziyyət çəkəcəyi qrafik tərtib olunub: “Ayxan Abbasova həm insan, həm də baş məşqçi kimi böyük hörmətim var. Aramızda hər zaman futbol mövzusunda dəyərli fikir mübadilələri olub, çalışmışıq ki, qızıl məxrəc tapaq. “Sumqayıt”ın bu il Konfrans Liqasında çıxışından öncə avrokuboklarda oynayan digər məşqçilərlə yanaşı, Abbasovla da söhbətimiz olub. Həmin dövrdə məhz onların daha az əziyyət çəkəcəkəri qrafiki qurmuşuq. Ayxan müəllim oyunlar arasındakı məsafənin azlığından danışıb. Açığı, intensivliyin daim tərəfdarı olan Abbasovun fikirlərinə zədələrin təsir göstərdiyini düşünürəm. Çünki oyun arasında 5 gün var və məşqçilər 5-ci gün futbolun daha effektli olduğunu deyirlər".

Qurum rəsmisinin sözlərinə görə, yaxın günlərdə milli komandanın təlim-məşq toplanışınının olacağı da nəzərə alınmalıdır: "Belə yerdə “Qarabağ”la bağlı sual meydana çıxa bilər. Bəli, Ağdam klubundan da milli komandaya futbolçular cəlb olunur. Amma onlar UEFA Konfrans Liqasının qrup oyunundan sonra yerli çempionat görüşünə çıxacaqlar ki, belədə məcburi zaman kəsiyini gözləməyə borcluyuq".

Abbasov bildirib ki, futbol qaydalarından danışırıqsa, komandalar öz matçları arasında 48 saat fərq olduğu zaman meydançaya çıxıb oynamalıdırlar: "Düşünürəm ki, bu, qlobal məsələ deyil və geniş müzakirə tələb etmir. Mövsüm ərzində kubok oyunlarını və qarşılaşa biləcəyimiz fors-major halları çıxsaq, bununla 1-2 dəfə üzləşə bilərik. Bəlkə mən də Ayxan müəllimin yerində olsaydım, belə açıqlama verərdim. Çünki bəzən komandanın vəziyyəti belə açıqlamalar verməyə səbəb olur. Amma ümumi götürsək, PFL olaraq, təqvim qurulan zaman həm avrokubokları, həm klubları, həm millini, həm də aşağı yaş qruplar üzrə yığmaları və digər detalları düşünürük. Ona görə də bəzən belə hallar olur, amma hər hansı qaydalar çərçivəsindən kənar hərəkət yoxdur”.

Qeyd edək ki, Ayxan Abbasov evdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri V tur matçından sonra növbəti oyunlarını oktyabrın 1-də yox, 2-də keçirməyin mümkünlüyünü vurğulayıb. O, indiki halda komandasının daha az istirahət edəcəyini və belə məsələlərə diqqət etməyin zəruriliyini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi