PFL prezidenti Avropa Peşəkar Futbol Liqalarının baş assambleyasında iştirak edəcək

Futbol
  • 18 aprel, 2023
  • 11:03
PFL prezidenti Avropa Peşəkar Futbol Liqalarının baş assambleyasında iştirak edəcək

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Avropa Peşəkar Futbol Liqaları (APFL) təşkilatının 46-cı baş assambleyasında iştirak edəcək.

Qurumdan “Report”a verilən məlumatına görə, Səmədovla yanaşı, texniki-idman direktoru Elgiz Abbasov tədbirə qatılmaq üçün Çexiyaya yollanıb.

Praqadakı mötəbər tədbirə APFL tərəfindən dəvət olunan PFL nümayəndələri orada bir sıra görüşlər keçirəcəklər.

Qeyd edək ki, 1997-ci ildə yaradılmış APFL hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. PFL 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür.

44 filmi