PFL "Neftçi" və "Keşlə"ni mükafatlandırdı

PFL "Neftçi" və "Keşlə"ni mükafatlandırdı Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" klubları medallarına qovuşublar.
Futbol
8 İyul , 2020 12:47
PFL Neftçi və Keşləni mükafatlandırdı
Zaur Axundov

Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" klubları medallarına qovuşublar.

"Report"un məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və texniki idman şöbəsinin rəisi Elgiz Abbasov əvvəlcə "Keşlə"nin bazasında olublar.

PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova və komandanın baş məşqçisi Tərlan Əhmədova təqdim ediblər.

Onlar daha sonra isə "Neftçi"nin bazasına yollanaraq gümüş medalları klubun idman direktoru Ceyhun Sultanova və komandanın baş məşqçisi Füzuli Məmmədova veriblər.

Bundan əlavə, “Neftçi”nin heyətində mövsümün bombardirlərindən olmuş Baqali Dabo və Stiven Monroz, həmçinin “Sumqayıt”da çempionatın ən sərrast futbolçusu olmuş Peyman Babayinin mükafatları müvafiq olaraq klublarına verilib.

Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar mükafatlandırmada heç bir klubun futbolçuları iştirak etməyiblər. Medallar daha sonra klublar tərəfindən oyunçulara paylanacaq.

Qeyd edək ki, PFL daha əvvəl "Azersun Arena"da baş tutan mükafatlandırma mərasimində 2019/2020 mövümünün çempionu "Qarabağ"a kubok və medalları təqdim edib.

Son xəbərlər

Orphus sistemi