PFL: Azərbaycan Premyer Liqasının daha iki turu təxirə salınır

PFL: Azərbaycan Premyer Liqasının daha iki turu təxirə salınır Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII, XXIV, I Divizionda isə XXI və XXII turun oyunları təxirə salınacaq.
Futbol
308
14 Mart , 2020 14:02
PFL: Azərbaycan Premyer Liqasının daha iki turu təxirə salınır

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII, XXIV, I Divizionda isə XXI və XXII turun oyunları təxirə salınacaq.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.

O, bildirib ki, ölkədə bir ay müddətinə bütün kütləvi tədbirlər ləğv olunduğu üçün belə bir addım atılıb: "Bütün idman qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb. Təbii ki, biz də bundan kənara çıxa bilmərik. Buna əməl olunacaq. Qarşılaşmalar stationlarda keçirilir və arenaların nə vaxt açılacağı tam bəlli deyil. Buna görə növbəti iki tur da təxirə salınır. Aprelin 14-dək bütün kütləvi tədbirlər ləğv olunub".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXIII turun oyunları 4-5 apreldə, XXIV turun matçları isə 11-12 apreldə keçirilməli idi. I Divizionda isə isə XXI tur 2-3 apreldə, XXII tur isə 9-10 apreldə olmalı idi.

PFL daha öncə Premyer Liqada XXI və XXII, I Divizionda isə XX turun təxirə salındığını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi