Peşəkar Futbol Liqası aprel ayının ən gözəl qolunun müəllifini mükafatlandırıb

Peşəkar Futbol Liqası aprel ayının ən gözəl qolunun müəllifini mükafatlandırıb Rüfət Məmmədova hədiyyə və 500 manat məbləğində pul verilib
Futbol
17 May , 2017 20:50
Peşəkar Futbol Liqası aprel ayının ən gözəl qolunun müəllifini mükafatlandırıb

Bakı. 17 may. REPORT.AZ/ Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan I Divizionunda aprel ayının ən gözəl qolunun müəllifi seçilmiş Rüfət Məmmədovu mükafatlandırıb.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, PFL-ə dəvət olunan “Qaradağ Lökbatan”ın oyunçusuna xüsusi hədiyyə və əvvəlcədən nəzərdə tutulduğu kimi 500 manat məbləğində pul mükafatı verilib.

Mükafatları PFL-in baş direktoru Məlik Həsənov təqdim edib.

Son xəbərlər

Orphus sistemi