Peru Futbol Federasiyasının prezidenti saxlanılıb

Peru Futbol Federasiyasının prezidenti saxlanılıb Bakı. 6 dekabr. REPORT.AZ/ Peru Futbol Federasiyasının prezidenti Edvin Ovyedo saxlanılıb.
Futbol
6 Dekabr , 2018 20:23
Peru Futbol Federasiyasının prezidenti saxlanılıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Peru Futbol Federasiyasının prezidenti Edvin Ovyedo saxlanılıb. 

"Report" xəbər verir ki, məlumatı yerli RPP radiosu yayıb. 

Polis federasiya rəhbərini cinayətkar təşkilat ilə əlaqalərdə şübhəli bildiyi üçün 10 günlük istintaqa cəlb edib. 

Həbs Lima şəhərində hüquq-mühafizə orqanının qərarı ilə həyata keçirilib. Ovyedo, əsasən, korrupsiya ilə bağlı ittiham olunur. 

Qeyd edək ki, Edvin Ovyedo 2014-cü ildən Peru Futbol Federasiyasının prezidentidir. 

Son xəbərlər

Orphus sistemi