"Keşlə" klubu sabiq hücumçusunu geri qaytarıb

"Keşlə" klubu sabiq hücumçusunu geri qaytarıb Son olaraq Zirədə çıxış etmiş Azərbaycan millisinin sabiq futbolçusu Pərdis Fərcad-Azadın yeni klubu bəlli olub.
Futbol
170
13 İyul , 2019 10:00
Keşlə klubu sabiq hücumçusunu geri qaytarıb

Son olaraq "Zirə"də çıxış etmiş Azərbaycan millisinin sabiq futbolçusu Pərdis Fərcad-Azadın yeni klubu bəlli olub.

Bu barədə İstanbuldan Bakıya qayıdarkən "Report"un əməkdaşına müsahibə verən 31 yaşlı hücumçu özü bildirib.

Artıq Bakıda olan Fərcad-Azad yenidən "Keşlə"də çıxış edəcəyini bildirib. O artıq klub rəhbərliyi ilə danışıqlar apardığını və məsələnin 90 faiz həll olunduğunu açıqlayıb: "O vaxt "Keşlə"də qalmağımı sabiq baş məşqçi Yuri Maksimov istəmədi. Almaniyanın iki klubu da mənimlə maraqlanırdı. Bunlar Regional Liqada çıxış edən "Berliner AK" və III liqa təmsilçisi "Karl Tseys Jena"dır.

"Sumqayıt"la da danışıq apardığını deyən təcrübəli forvard keçidinin alınmamasını maliyyə amili ilə əlaqələndirib. 

Qeyd edək ki, Pərdis Fərcad-Azad 2016-2018-ci illərdə də "Keşlə"də çıxış edib. Hücumçu Azərbaycan millisinin formasını 6 dəfə geyinib.

Son xəbərlər

Orphus sistemi