Pele xəstəxanadan evə buraxılıb

Pele xəstəxanadan evə buraxılıb Futbol üzrə üçqat dünya çempionu, braziliyalı Pele müalicə olunduğu San-Paulu xəstəxanasından evə buraxılıb.
Futbol
1 Oktyabr , 2021 03:17
Pele xəstəxanadan evə buraxılıb

Futbol üzrə üçqat dünya çempionu, braziliyalı Pele müalicə olunduğu San-Paulu xəstəxanasından evə buraxılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “futbol kralı” kimya-terapiya kursu keçməlidir.

Məlumata görə, həkimlər sabiq futbolçunun vəziyyətini sabit qiymətləndirir. Qeyd edək ki, Pele avqustun 30-da San-Pauludakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.

Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.

Son xəbərlər

Orphus sistemi