Pele: Neymarın Braziliya yığmasında qol rekordumu qırmasına azarkeşlik edirəm

Pele: Neymarın Braziliya yığmasında qol rekordumu qırmasına azarkeşlik edirəm Əfsanəvi braziliyalı futbolçu Pele "Pari Sen-Jermen"in hücumçusu Neymarın Braziliya yığmasında qolların sayına görə onun rekordunu qırması ehtimalını qiymətləndirib.
Futbol
19 İyun , 2021 06:18
Pele: Neymarın Braziliya yığmasında qol rekordumu qırmasına azarkeşlik edirəm
Pele və Neymar

Əfsanəvi braziliyalı futbolçu Pele həmvətəni, Fransanın "Pari Sen-Jermen" komandasının hücumçusu Neymarın Braziliya yığmasında qolların sayına görə onun rekordunu qırması ehtimalını qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə futbolçu özünün instaqramdakı hesabında yazıb.

"Hər dəfə mən bu oğlanı görəndə o gülümsəyir. Cavab olaraq gülümsəməmək mümkün deyil, bu, sirayətedicidir. Mən bütün braziliyalılar kimi, onun oyununu görəndə hər zaman xoşbəxtəm. Bu gün (dünən-red) Neymar Braziliya yığmasında qollar üzrə rekorduma doğru daha bir addım atdı. Və mən Neymara ona görə azarkeşlik edirəm ki, o, mənim ilk dəfə onun oyununu görəndə keçirdiyim eyni sevinclə rekordu qırsın", - Pele instaqramda yazıb.

Qeyd edək ki, dünən futbol üzrə Braziliya millisi Amerika Kubokunun B qrupunda növbəti oyununu keçirib. Qarşılaşma Braziliya seçməsinin 4:0 hesablı qələbəsi ilə bitib. "Sambaçılar"ın qollarını 12-ci dəqiqədə Aleks Sandro, 68-ci dəqiqədə Neymar, 89-cu dəqiqədə Everton Ribeyro, 90+3-cü dəqiqədə isə Rişarlison vurub.

Son xəbərlər

Orphus sistemi