Pele: "Messi, sənə çox heyranam"

Pele: "Messi, sənə çox heyranam" "Bizim eyni klubu nə qədər sevməli olduğumuza dair oxşar tarixçələrə təəssüf ki, futbolda az-az rast gəlinəcək"
Futbol
20 Dekabr , 2020 02:47
Pele: Messi, sənə çox heyranam
Messi və Pele

Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubunun heyətində 643-cü qolunu dekabrın 19-da La Liqanın XIV tur matçında "Valensiya"nın qapısından keçirib.

“Report” xəbər verir ki, Messi bununla Pelenin rekordunu təkrarlayıb. Əfsanəvi futbolçu Messiyə qədər Braziliyanın "Santos" komandasının heyətində eyni sayda qol vurub.

"Nə vaxt ki, ürək sevgi ilə dolur, öz yolunu dəyişdirmək çətin olur. Sənin kimi mən də bilirəm ki, hər gün eyni futbolkanı geyinmək nə deməkdir. Sənin kimi mən də bilirəm ki, özünü evindəki kimi hiss etdiyin yerdən yaxşı yer yoxdur.

Səni tarixi rekordun münasibətilə təbrik edirəm, Lionel. Amma hər şeydən əvvəl səni "Barselona"da çox gözəl karyera münasibətilə təbrik edirəm.

Bizim eyni klubu nə qədər sevməli olduğumuza dair oxşar tarixçələrə təəssüf ki, futbolda az-az rast gəlinəcək. Sənə çox heyranam, Leo”, - deyə Pele özünün instaqram hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi