Pele Braziliyada uğurla əməliyyat olunub
Futbol
- 14 aprel, 2019
- 06:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol kralı Pelenin sidik kisəsindən daşın götürülməsi üzrə əməliyyat uğurla tamamlanıb.
"Report"un "Globo Esporte"yə istinadən məlumatına görə, vətəni Braziliyada əməliyyat olunan 78 yaşlı əfsanəvi futbolçunun həyatına təhlükə yoxdur. Onun ümumi vəziyyəti yaxşı qiymətləndirilir.
Pelenin səhhətində problemlər ötən həftə Fransaya səfəri zamanı başlayıb. Braziliyalı sabiq hücumçu Parisdə PSJ-nin forvardı Kilian Mbappe ilə görüşüb. Aprelin 2-də axşam isə o, qaldığı oteldən təcili xəstəxanaya çatdırılıb.
Parisdən vətəninə qayıtdıqdan sonra üçqat dünya çempionu San-Paulu klinikalarından birinə yerləşdirilib. Tibbi müayinə nəticəsində onun sidik kanalında infeksiyanın olduğu müəyyənləşib.
Son xəbərlər
10:00
"Şimal–Cənub" və Orta Dəhliz üzrə daşımalardakı çətinliklər müzakirə edilib
İnfrastruktur09:56
Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
Energetika09:56
Futzal departamentinin meneceri Fərrux Hüseynzadə beynəlxalq oyuna təyinat alıb
Futbol09:47
Yaponiyada 6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr09:45
"Azəriqaz" abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
İKT09:43
Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib
Region09:42
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - FAKTİKİ HAVA
Ekologiya09:40
İlham Əliyev: Milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Hərbi09:39
Foto