"Qarabağ"ın sabiq futbolçusu "Astana"nın ən yaxşı transferi sayılıb

"Qarabağ"ın sabiq futbolçusu "Astana"nın ən yaxşı transferi sayılıb Sorğuda iştirak edənlərin yarıdan çoxu Pedro Enrikeyə səs verib
Futbol
5 Yanvar , 2019 13:53
Qarabağın sabiq futbolçusu Astananın ən yaxşı transferi sayılıb

Bakı. 5 yanvar. REPORT.AZ/ "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Qazaxıstanın "Astana" klubunun ən yaxşı transferi sayılıb.

"Report"un məlumatına görə, bu, paytaxt təmsilçisinin rəsmi saytı vasitəsilə azarkeşlər arasında aparılmış sorğu nəticəsində müəyyənləşib.

Sorğuya qatılan 4641 nəfərin yarıdan çoxu (53,72 faizi) braziliyalı yarımmüdafiəçinin lehinə səs verib. Enrike Qazaxıstan çempionatında 19 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Serbiyalı müdafiəçi Antonio Rukavina (29,71 faiz) ikinci, konqolu hücumçu Junior Kabananqa (10,67 faiz) üçüncü yeri tutub.

Qeyd edək ki, 2018-ci ilin yayında "Astana" Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeyda və hollandiyalı hücumçu Rangelo Yanqanı da heyətinə qatıb. Müqavilə üzrə Yunanıstan PAOK-una məxsus Pedro Enrike "Qarabağ"da ötən mövsüm icarə əsasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi