"Partizani" "Qarabağ"la oyunlar üçün 9 legioner sifariş edib

"Partizani" "Qarabağ"la oyunlar üçün 9 legioner sifariş edib Albaniyanın “Partizani” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun üçün sifariş vərəqini UEFA-ya təqdim edib.
Futbol
6 İyul , 2019 09:53
Partizani Qarabağla oyunlar üçün 9 legioner sifariş edib

Albaniyanın “Partizani” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Franko Lerda siyahıya 23 futbolçunun - 3 qapıçı, 4 müdafiəçi, 10 yarımmüdafiəçi və 6 hücumçunun adını daxil edib. Onlardan 9-u legionerdir. Əcnəbi oyunçulardan 5-i hücumçudur.

Qapıçılar: 1. Daşamir Cika, 12. Alban Hoca, 77. Aldo Tekya

Müdafiəçilər: 2. Eqzon Belitsa, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 33. Eneo Bitri

Yarımmüdafiəçilər: 4. Ron Broy, 8. Aristoteles Romero, 10. Yasir Asani, 11. Yurgen Bardi, 17. Bruno Telyuşi, 19. Lorents Traşi, 20. Esat Mala, 26. Vilyam Kordeyru, 31. Eneid Kodra, 38. Kristi Kote

Hücumçular: 7. Eraldo Çinari, 9. Teofilus Solomon, 18. Lukas Kardoso, 66. Cozef Ansa Ekuban, 90. Emmanuel Mensa, 99. Brayan Braun

Qeyd edək ki, “Qarabağ” “Partizani” ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi