“Partizan” “Sabah”la oyunlar üçün iştirak ərizəsini açıqlayıb

“Partizan” “Sabah”la oyunlar üçün iştirak ərizəsini açıqlayıb Serbiyanın “Partizan” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
Futbol
7 avqust 2023 13:50
“Partizan” “Sabah”la oyunlar üçün iştirak ərizəsini açıqlayıb

Serbiyanın “Partizan” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

“Report”un məlumatına görə, baş məşqçi İqor Dulyay 21 futbolçunun adını UEFA-ya təqdim edib.

Yay fasiləsində “Neftçi”dən transfer olunan braziliyalı hücumçu Matheus Saldanya da yenidən Bakıya gələcək.

Onlardan 2-si qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: 1. Aleksandr Yovanoviç, 85. Nemanya Stevanoviç.
Müdafiəçilər: 2. Arancel Stoykoviç, 4. Sinişa Saniçanin, 5. Nikola Antiç, 6. Svetozar Markoviç, 12. Zlatan Şehoviç, 17. Marko Jivkoviç, 26. Aleksandr Filipoviç.
Yarımmüdafiəçilər: 7. Severina Xander, 8. Frank Elimane Kanute, 10. Bibras Natxo, 15. Aldo Kalulu, 19. Aleksandr Şçekiç, 36. Nikola Terziç, 40. Kristiyan Beliç, 55. Danilo Pantiç.
Hücumçular: 9. Kuinsi Meniq, 11. Matheus Saldanya, 20. Andriya Pavloviç, 23. Nemanya Nikoliç.

Qeyd edək ki, “Sabah”la “Partizan” arasında ilk oyun avqustun 10-da “Bank Respublika Arena”da keçiriləcək. Bu komandalar ayın 17-də Belqradda cavab görüşünə çıxacaqlar.

Son xəbərlər

Orphus sistemi