Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib Fransanın altı şəhəri bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını boykot edəcəyini açıqlayıb.
Dünya Çempionatı - 2022
4 Oktyabr , 2022 09:00
Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Fransanın altı şəhəri bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını boykot edəcəyini açıqlayıb.

"Report" "Ge.globo" nəşrinə istinadən xəbər verir ki, bunlar paytaxt Paris, Marsel, Lill, Strasburq, Reyms və Bordodur.

Həmin şəhərlərdə mundialın canlı oyunları və turnirlə bağlı digər tədbirlər təşkil olunmayacaq. Şəhərlərin rəhbərlikləri yarışın ev sahibi kimi Qətərin seçilməsinə etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa millisi D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq. Daha əvvəl Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik ölkədə insan hüquqları qorunmadığı üçün dünya çempionatının Qətərdə keçirilməsindən narazı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi