Paolo Maldini İngiltərə nəhəngində çalışacaq

Paolo Maldini İngiltərə nəhəngində çalışacaq Əfsanəvi italiyalı futbolçu Paolo Maldini İngiltərə nəhəngi “Mançester Yunayted”də çalışacaq.
Futbol
18 Noyabr , 2023 11:40
Paolo Maldini İngiltərə nəhəngində çalışacaq

Əfsanəvi italiyalı futbolçu Paolo Maldini İngiltərə nəhəngi “Mançester Yunayted”də çalışacaq.

“Report” xəbər verir ki, 55 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisinin idman direktoru vəzifəsini icra edəcək.

Rəhbər heyətdə ciddi dəyişikliklər etməyi planlaşdıran “qırmızı şeytanlar” Maldini ilə hərtərəfli razılığa gəlib. O, 4 il texniki direktoru olduğu “Milan”dan bu ilin iyununda ayrılıb. Maldini həm də ABŞ-nin “Mayami” klubunun sahibidir.

Qeyd edək ki, Paolo Maldini futbolçu karyerası ərzində, 1984-2009-cu illərdə yalnız “Milan”ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi