PAOK klubu "Qarabağ"la oyun üçün Bakıya gəlib

PAOK klubu "Qarabağ"la oyun üçün Bakıya gəlib PAOK bu axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq
Futbol
19 Oktyabr , 2016 16:30
PAOK klubu Qarabağla oyun üçün Bakıya gəlib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq Yunanıstan PAOK-u çarter reysi ilə Bakıya gəlib. 

"Report"un məlumatına görə, Saloniki komandası Heydər Əliyev Beynəlxalq Hava Limanından "Hilton" otelinə yollanıb.

PAOK bu axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Hazırlıq prosesindən əvvəl baş məşqçi Vladimir İviç və müdafiəçi Stelios Malezas mətbuat konfransı keçirəcəklər.  

Qeyd edək ki, oktyabrın 20-də Respublika stadionunda təşkil olunacaq "Qarabağ" - PAOK matçı saat 21:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi