“Panatinaikos”un kapitanı: “Qəbələ” ilə görüşdəki hesabdan razı deyiləm”

“Panatinaikos”un kapitanı: “Qəbələ” ilə görüşdəki hesabdan razı deyiləm” "Müsbət hal odur ki, qapımızı toxunulmaz saxladıq"
Futbol
28 İyul , 2017 10:01
“Panatinaikos”un kapitanı: “Qəbələ” ilə görüşdəki hesabdan razı deyiləm”

Bakı. 28 iyul. REPORT.AZ/ “Daha çox qol vurmağa layiq idik. Qələbədən razıyam, amma hesabdan yox”.

“Report”un sport24.ge saytına istinadən verdiyi məlumata görə, bunu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” üzərində 1:0 hesablı qələbəni şərh edən Yunanıstan təmsilçisi “Panatinaikos”un kapitanı Zeka söyləyib.

29 yaşlı portuqaliyalı yarımmüdafiəçi yaxşı oynadıqlarını, lakin qolların davamını gətirə bilmədiklərini deyib: “Qalib gəlməyimiz sevindiricidir. Yaxşı oynadıq, amma 2 və 3-cü qolları vura bilmədik. Müsbət hal odur ki, qapımızı toxunulmaz saxladıq. Səfərdə də qələbəyə oynayacağıq. Rəqibdən daha yaxşı olduğumuzu göstərdik”.

Qeyd edək ki, bu kollektivlər arasında cavab görüşü avqustun 3-də Bakıdakı "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi