“Panatinaikos” - “Qəbələ” oyununun başlama saatı açıqlanıb

“Panatinaikos” - “Qəbələ” oyununun başlama saatı açıqlanıb Matç “Apostolos Nikolaidis” stadionunda keçiriləcək
Futbol
21 İyul , 2017 12:56
“Panatinaikos” - “Qəbələ” oyununun başlama saatı açıqlanıb

Bakı. 21 iyul. REPORT.AZ/ “Qəbələ” komandasının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində “Panatinaikos”la Yunanıstanda keçirəcəyi ilk oyunun başlama saatı açıqlanıb.

“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 27-də Afina şəhərindəki “Apostolos Nikolaidis” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, bu kollektivlər arasında cavab oyunu avqustun 3-də Bakıdakı "Bakcell Arena"da olacaq.

Son xəbərlər

Orphus sistemi