Ozan Can Kökçü: "Torpaqları işğaldan azad etməyin vaxtıdır"

Ozan Can Kökçü: "Torpaqları işğaldan azad etməyin vaxtıdır" "Allah Ordumuza güc versin, əsgərlərimizə kömək olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm"
Futbol
8 Oktyabr , 2020 12:48
Ozan Can Kökçü: Torpaqları işğaldan azad etməyin vaxtıdır

"Slovakiya və Gürcüstanla matç komandamız və ölkəmiz üçün önəmlidir. Hər kəs çox istəklidir".

Bu fikirləri "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ozan Can Kökçü Avropa çempionatının seçmə mərhələsində Slovakiyaya qarşı keçirəcəkləri oyundan əvvəl deyib.

"Sabah" klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi oyunçuların motivasiyalarının yüksək olduğunu bildirib: "Hazırda Ordumuz cəbhədə torpaqlarımız üçün savaşır. Bizim də borcumuz odur ki, tərimizin son damlasına qədər meydanda vuruşaq. Qələbə qazanmaq üçün yola çıxmışıq. Hər kəs meydanda yaxşı nəticə üçün canını qoyacaq".

Kökçü hər zaman Azərbaycan Ordusuna dəstək olduğunu söyləyib: "Biz hamımız türkük. Mən türklüyümlə, millətimlə Ordumuzla hər zaman qürur duyuram. Ermənilər torpaqlarımızı işğal ediblər. Düşünürəm ki, artıq həmin yerləri işğaldan azad etməyin vaxtıdır. Allah Ordumuza güc versin, əsgərlərimizə kömək olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Qarabağ Azərbaycandır!"

Qeyd edək ki, bu gün "Nitra" stadionunda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Oktyabrın 13-də isə yığma Qori şəhərində Gürcüstanın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi