​Oyun zamanı künc zərbəsindən birbaşa qol vurulub

​Oyun zamanı künc zərbəsindən birbaşa qol vurulub Qolda küləyin də rolu olub
Futbol
2 Fevral , 2015 09:53
​Oyun zamanı künc zərbəsindən birbaşa qol vurulub

Bakı. 2 fevral. REPORT.AZ/ Rusiyanın "Zenit" klubunun futbolçusu Halk Belarus BATE-sinin qapısına künc zərbəsindən birbaşa qol vurub. "Report"un məlumatına görə, bu qol Türkiyənin Antalya bölgəsində keçirilən yoxlama matçında qeydə alınıb.

Braziliyalı hücumçu topa elə zərbə vurub ki, küləyin də köməyilə birbaşa qapının uzaq küncünə istiqamətlənib. BATE-nin qapıçısının tutmaq istədiyi top onun əlindən sürüşərək, tora qovuşub.

Qeyd edək ki, görüş "Zenit"in qələbəsi ilə yekunlaşıb - 3:1. 

Son xəbərlər

Orphus sistemi