Azərbaycan Premyer Liqasındakı legionerlərin çoxu Rusiyadandır

Futbol
  • 02 fevral, 2022
  • 12:56
Azərbaycan Premyer Liqasındakı legionerlərin çoxu Rusiyadandır

2020/2021 mövsümündə Azərbaycan Premyer Liqasında 196 futbolçu və 40 məşqçi qeydiyyata alınıb.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın 2021-ci ilə aid hesabatında bildirilir.

Həmin oyunçuların 123-ü azərbaycanlı, 73-ü isə legioner olub. 36 ölkədən olan əcnəbilərdən 8-i Rusiya, 7-si Braziliya, 6-sı Serbiya vətəndaşı olub.

I Divizionda isə 248 futbolçu qeydiyyata alınıb. Bunlardan 246-sı Azərbaycan, 2-si Rusiya, 1-i İran və Gürcüstan vətəndaşıdır.

Qeyd edək ki, I Divizionda mövsümün ortasında danışılmış oyunlarla bağlı futboldan uzaqlaşdırılmış oyunçular hesabatdan çıxarılıb.

44 filmi