Operativ Qərargah: İdmanla bağlı məsələdə fikir birliyi tam deyil

Operativ Qərargah: İdmanla bağlı məsələdə fikir birliyi tam deyil İdman təkcə futbol deyil. İdman kompleksləri ilə bağlı məsələlər müzakirə olunur.
Futbol
521
15 May , 2020 17:56
Operativ Qərargah: İdmanla bağlı məsələdə fikir birliyi tam deyil

"İdman təkcə futbol deyil. İdman kompleksləri ilə bağlı məsələlər müzakirə olunur".

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

İ.Məmmədov əlavə edib ki, növbəti mərhələlərdə idmanla bağlı aspektlər də aktuallaşa bilər: "Bu məsələ müzakirə olunur. Götür-qoy edilir ki, yoluxma aspektləri nə qədərdir. Söhbət soyunub-geyinmə otağı və başqa yerlərdən gedir. Bu məsələlərdə fikir birliyi tam deyil deyə, ortaq bir məxrəc olmadığna görə məsələ müzakirə mövzusundadır. Ola bilər ki, növbəti mərhələdə bu da aktuallaşsın və qərar qəbul edilsin". 

Son xəbərlər

Orphus sistemi