On uğursuz klub satınalması: Siyahıda azərbaycanlı iş adamının da adı var

On uğursuz klub satınalması: Siyahıda azərbaycanlı iş adamının da adı var Fransa mətbuatı uğursuzluqla nəticələnən 10 klub satınalması ilə bağlı məqalə dərc edib.
Futbol
16 Noyabr , 2021 20:30
On uğursuz klub satınalması: Siyahıda azərbaycanlı iş adamının da adı var

Fransa mətbuatı uğursuzluqla nəticələnən 10 klub satınalması ilə bağlı məqalə dərc edib.

"Report"un məlumatına görə, "Fetemercato" saytının hazırladığı yazıda azərbaycanlı keçmiş iş adamı Hafiz Məmmədovun 2013-cü ildə yerli "Lans"ın səhmlərinə yiyələnməsi və komandanı müflis olmaqdan xilas etməsinə də yer verilib.

Bildirilib ki, "Lans"a 20 milyon avro vəsait ayıran Məmmədov klubu Liqa 1-ə çıxarsa da, sonradan İdarəetməyə Nəzarət üzrə Milli Direktorata (DNCG) bank zəmanəti təqdim edə bilmədi: "Nəticədə 2014/2015 mövsümünü sonuncu pillədə başa vuran komanda yenidən aşağı liqaya yuvarlandı. Tədricən "Lans"dan ayrılan Məmmədov isə 2016-cı ildə klubu indiki sahibi olan "SARL Solferino" şirkətinə 600 000 avroya satdı".

Siyahıda həmçinin Fransanın PSJ, "Qrenobl", "Bordo", İngiltərənin "Fulhem", Rusiyanın "Anji", İtaliyanın "Milan", İspaniyanın "Malaqa", "Rasinq" və "Valensiya" klubları ilə bağlı uğursuz satınalmalardan da bəhs olunub.

Son xəbərlər

Orphus sistemi