Ömürlük cəzalandırılan federasiya prezidentinin şikayəti təmin olunmadı

Ömürlük cəzalandırılan federasiya prezidentinin şikayəti təmin olunmadı İdman Arbitraj Məhkəməsi (CAS) Əfqanıstan Futbol Federasiyasının sabiq prezidenti Kəraməddin Kərimin apellyasiya şikayətinə baxıb.
Futbol
14 İyul , 2020 20:40
Ömürlük cəzalandırılan federasiya prezidentinin şikayəti təmin olunmadı

İdman Arbitraj Məhkəməsi (CAS) Əfqanıstan Futbol Federasiyasının sabiq prezidenti Kəraməddin Kərimin apellyasiya şikayətinə baxıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, CAS qadınlardan ibarət yerli yığmanın üzvlərinə fiziki və cinsi təcavüzdə ittiham olunan və bu səbəbdən futboldan ömürlük kənarlaşdırılan funksionerin şikayətini təmin etməyib.

K.Kərimlə bağlı qərar qüvvədə saxlanılıb. FIFA buna görə CAS-a təşəkkür edib.

Qeyd edək ki, Kəraməddin Kərim 2019-cu ilin dekabrında ali futbol qurumunun qərarı ilə cəzalandırılmışdı.

Son xəbərlər

Orphus sistemi