"Omoniya"nın baş məşqçisi: "Qəbələ" elə-belə komanda deyil"

"Omoniya"nın baş məşqçisi: "Qəbələ" elə-belə komanda deyil" "Rəqib elə-belə komanda deyil. İlk oyunda bizi təəccübləndirdi".
Futbol
2 avqust 2023 20:44
Omoniyanın baş məşqçisi: Qəbələ elə-belə komanda deyil

"Rəqib elə-belə komanda deyil. İlk oyunda bizi təəccübləndirdi".

"Report"un məlumatına görə, bunu"Omoniya"nın baş məşqçisi Sofronis Avqusti Kiprdə "Qəbələ"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis hər şeyə sıfırdan başlayacaqlarını bildirib: "Məqsədimiz ilk görüşdə olduğu kimi qələbə qazanmaqdır. Asan olmayacaq, amma özümüzə inanırıq. Azarkeşlərin də köməkliyi ilə müsbət nəticə əldə edəcəyimizə inanıram".

O, Qəbələdəki ilk oyunu ciddi təhlil etdiklərini söyləyib: "Məşqdə çatışmayan cəhətləri düzəltdik. Avrokuboklarda qalib gəlmək asan deyil. Matça ciddi hazırlaşmışıq. "Qəbələ"nin müəyyən planları olacaq. Öz oyunumuzu göstərməliyik. Məqsədimiz yaxşı oyunla növbəti mərhələyə vəsiqə qazanmaqdır".

Qeyd edək ki, bu gün Nikosiyadakı "GSP Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matçda "Qəbələ" rəqibinə 2:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi