"Olimpiakos"un futbolçusu evinin qarşısında döyülüb

"Olimpiakos"un futbolçusu evinin qarşısında döyülüb Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Ruben Semedu evinin qarşısında döyülüb.
Futbol
15 Yanvar , 2022 14:24
Olimpiakosun futbolçusu evinin qarşısında döyülüb

Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Ruben Semedu evinin qarşısında hücuma məruz qalıb.

"Report" yerli "ERT-1" telekanalına istinadən xəbər verir ki, 3 naməlum şəxs 28 yaşlı müdafiəçiyə hücum edib.

Portuqaliya oyunçu dostu ilə birlikdə dəyənəklə döyülüb. Həmin şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar. Semedu və dostu xəstəxanaya aparılıb.

Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Ruben Semedu 2019-cu ildən "Olimpiakos"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi