"Olimpiakos" "Qalatasaray"dan ayrılan futbolçunu transfer edir

"Olimpiakos" "Qalatasaray"dan ayrılan futbolçunu transfer edir UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Yunanıstan "Olimpiakos"u heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır
Futbol
28 İyul , 2021 09:40
Olimpiakos Qalatasaraydan ayrılan futbolçunu transfer edir
Henri Onyekuru

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Yunanıstan "Olimpiakos"u heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

"Report" "Owngoalnigeria" nəşrinə istinadən xəbər verir ki, Afina təmsilçisi Türkiyənin "Qalatasaray" klubundan ayrılan Henri Onyekuru ilə maraqlanır.

Müqavilə ilə "Monako"ya məxsus olan 24 yaşlı hücumçu ilə Türkiyənin digər klubları da maraqlanır. Lakin onun "Olimpiakos"a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Henri Onyekuru "Qalatasaray"a bu ilin yanvarında keçib. O, daha əvvəl 2018/2019 mövsümündə və 2020-ci ildə İstanbul klubunda icarə əsasında çıxış edib.

Bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 21:00-da başlayacaq. "Ağ-qaralar" ilk matçda minimal hesabla uduzub - 0:1.

Son xəbərlər

Orphus sistemi