Yaponiyalı həkim: "Olimpiadanı yalnız azarkeşsiz keçirmək mümkündür"

Yaponiyalı həkim: "Olimpiadanı yalnız azarkeşsiz keçirmək mümkündür" Açığı, Tokio olimpiadasının gələn il baş tutacağına inanmıram.
Futbol
20 Aprel , 2020 12:41
Yaponiyalı həkim: Olimpiadanı yalnız azarkeşsiz keçirmək mümkündür

"Açığı, Tokio olimpiadasının gələn il baş tutacağına inanmıram".

"Report"un "LEquipe" nəşrinə istinadən məlumatına görə, bu fikirləri yoluxucu xəstəliklər üzrə mütəxəssis Kentaro İvata deyib.

Yaponiyalı həkim bildirib ki, Oyunların təşkili üçün 2 şərt tələb olunur: "Bunlardan birincisi, Yaponiyada, ikincisi isə dünyada virusla bağlı vəziyyətə nəzarət etməkdir. Çünki siz təşkilatçı ölkə olaraq, bütün dünyadan müxtəlif idmançı və tamaşaçıları dəvət edəcəksiniz".

K.İvato hesab edir ki, Yaponiya hökuməti yalnız 2021-ci il ərzində xəstəliyin öhdəsindən gələ bilər: "Mən buna inanıram, amma vəziyyətin bütün dünyada yaxşı olacağını düşünmürəm. Ona görə də olimpiadanın təşkili barədə pessimistəm. Oyunları yalnız azarkeşsiz və məhdud sayda iştirakçı ilə keçirilmək mümkündür".

Qeyd edək ki, pandemiyaya görə təxirə salınan Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda təşkil olunmalıdır.

Son xəbərlər

Orphus sistemi