"Nyukasl" klubunun yeni baş məşqçisi bəlli olub

"Nyukasl" klubunun yeni baş məşqçisi bəlli olub İngiltərənin "Nyukasl" klubunun yeni baş məşqçisi bəlli olub.
Futbol
5 Noyabr , 2021 13:43
Nyukasl klubunun yeni baş məşqçisi bəlli olub
Eddi Hau

İngiltərənin "Nyukasl" klubunun yeni baş məşqçisi bəlli olub.

"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano şəxsi tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Premyer Liqa təmsilçisi bu vəzifəyə Eddi Haunu təyin edib. Hazırda münasibətlərin rəsmiləşdirilməsi istiqamətində müvafiq sənədlər hazırlanır.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Anlaşmanın maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, "Nyukasl" rəhbərliyi oktyabrın 20-da komandanın sabiq baş məşqçisi Stiv Brüsü istefaya göndərib. Hazırda "sağsağanlar" 4 xalla turnir cədvəlində 19-cu pilləni tutur.

Son xəbərlər

Orphus sistemi