"Nyukasl" 18 yaşlı ispaniyalı futbolçu ilə anlaşıb
Futbol
- 10 may, 2025
- 17:07
İngiltərənin "Nyukasl" klubu 18 yaşlı ispaniyalı futbolçu Antonio Kordero ilə anlaşıb.
"Report" "Newcastle World"ə istinadən xəbər verir ki, klub Sequnda təmsilçisi "Malaqa"nın formasını geyinən oyunçunun transferi ilə bağlı danışıqları yekunlaşdırıb.
İspaniyadan "Real" və "Barselona"nın da maraq göstərdiyi gənc futbolçunun məhz İngiltərə təmsilçisini seçdiyi bildirilib. Futbolçu yeni komandasına azad agent kimi keçəcək.
Qeyd edək ki, A.Kordera cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 36 matçda 6 qol, 7 məhsuldar ötürmə müəllifi olub. Dəyəri 2 milyon avro qiymətləndirilən futbolçu İngiltərə klubuna keçidi rəsmiləşdikdən sonra icarəyə göndəriləcək.
Son xəbərlər
02:45
"Porto"nun baş məşqçisi "Çelsi"yə mümkün transferi haqqında danışıb
Futbol02:15
Orban: Venesuelada baş verən hadisələr neftin bahalaşmasına səbəb ola bilər
Digər ölkələr01:41
Qətər Venesuela ətrafında vəziyyətin həllinə yardım etməyə hazırdır
Digər ölkələr01:08
Zelenski: Rusiya tərəfindən real kompromislər yalnız sərt təzyiq şəraitində mümkündür
Digər ölkələr00:39
Vitse-prezident: Maduro Venesuelanın yeganə qanuni lideridir
Digər ölkələr00:03
ABŞ Kuba hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirməyəcək
Digər ölkələr23:50
Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirib
Digər ölkələr23:26
Pezeşkian Trampın İrandakı etirazçılara dəstəyini cəfəngiyyat adlandırıb
Region23:22
Foto
Video