"Nyu-York Siti" tarixində ilk dəfə MLS-in qalibi olub

"Nyu-York Siti" tarixində ilk dəfə MLS-in qalibi olub ABŞ-ın Milli Futbol Liqasında (MLS) 2021 mövsümün qalibi müəyyənləşib.
Futbol
12 Dekabr , 2021 11:27
Nyu-York Siti tarixində ilk dəfə MLS-in qalibi olub

ABŞ-ın Milli Futbol Liqasında (MLS) 2021 mövsümün qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, final oyununda "Portlend Timbers"i məğlub edən "Nyu-York Siti" tarixində ilk dəfə MLS çempionu olub.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Nyu-York təmsilçisi titula sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi