CAS Nurlan İbrahimovun işinə baxılması üçün heyət formalaşdırıb

CAS Nurlan İbrahimovun işinə baxılması üçün heyət formalaşdırıb Nurlan İbrahimovla yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb
Futbol
19 Mart , 2021 17:58
CAS Nurlan İbrahimovun işinə baxılması üçün heyət formalaşdırıb
Nurlan İbrahimov

İdman Arbitraj Məhkəməsində (CAS) "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun işinə baxılması üçün heyət formalaşdırılıb.

Bu barədə "Report"a İbrahimovun özü məlumat verib.

Onun sözlərinə görə, heyətdə müxtəlif ölkələrin nümayəndələri var. İbrahimov işə baxılıb-baxılmayacağına dair qərarın 3 ay ərzində çıxarılacağını söyləyib.

Keçmiş klub rəsmisi işə baxılmaması üçün UEFA-nın CAS-a təzyiq göstərdiyini bildirib: "Gələn mesajlardan da başa düşürük ki, UEFA bu işə təzyiq edir. Qurum iddia edir ki, prosedur düzgün yerinə yetirilmədiyi üçün işə baxılmamalıdır. Əslində isə bunu etməməlidirlər. .

İbrahimovun sözlərinə görə, qitə futbol qurumuna müraciət edilsə də, şikayətə baxılmayıb: "Bizə hüquqi proseduru düzgün yerinə yetirmədiyimizi bildirdilər. Klubdan UEFA-ya məktub göndərdik ki, hər şeyi düzgün etmişik. Bizi başa düşdüklərini, amma şikayətimizi qəbul etmədiklərini söylədilər. Hüquqi prosedur belədir ki, UEFA-nın Apelyasiya Komitəsindən mənfi cavab aldıqdan sonra CAS-a müraciət edə bilərsən. Lakin UEFA şikayətimizi qəbul etməyib. CAS-a müraciət edəndə bunu əsas gətirdik ki, bizə apellyasiya hüququ vermirlər".

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

Nurlan İbrahimovla yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi