Norveç və İsveç çempionatlarının qalibləri müəyyənləşib

Norveç və İsveç çempionatlarının qalibləri müəyyənləşib Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Norveç və İsveç çempionatlarının qalibləri müəyyənləşib.
Futbol
12 Noyabr , 2018 12:16
Norveç və İsveç çempionatlarının qalibləri müəyyənləşib

Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Norveç və İsveç çempionatlarının qalibləri müəyyənləşib.

“Report” xəbər verir ki, “Rusenborq” XXIX turda səfərdə “Start”ı 1 cavabsız qolla məğlub edərək, xalını 63-ə çatdırıb və 56 xala malik ən yaxı izləyicisi “Mölde” üçün əlçatmaz olub. Tronheym təmsilçisi ardıcıl 4-cü, ümumilikdə isə 26-cı dəfə qızıl medallara sahib çıxaraq, özünə məxsus olan rekordu yeniləyib.

AİK isə İsveç çempionatının sonuncu turunda “Kalmar”ı səfərdə 1:0 hesabı ilə üstələyərək, tarixində 13-cü dəfə birinci yeri tutub. “Qarabağ”ın norveçli sabiq futbolçusu Tarik Elyunussinin də formasını geyindiyi komanda 67 xalla qalib olub. “Norrçöpinq” 65 xalla gümüş, “Malmö” isə 58 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, Norveç və İsveçdə ölkə çempionatı yaz-payız sistemi ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi