Nitsada Fransa-Belçika oyununu seyr edən zaman 30 nəfər xəsarət alıb

Nitsada Fransa-Belçika oyununu seyr edən zaman 30 nəfər xəsarət alıb Bakı. 11 iyul. REPORT.AZ/ Fransanın Nitsa şəhərində futbol üzrə 2018-ci il dünya çempionatının yarımfinalında qarşılaşan ölkə millisi ilə Belçika arasında matçın final fitinə bir neçə dəqiqə qalmış yaranan çaxnaşma nəticəsində təqribən 30 nəfər xəsarət alıb.
Futbol
11 İyul , 2018 07:58
Nitsada Fransa-Belçika oyununu seyr edən zaman 30 nəfər xəsarət alıb

Bakı. 11 iyul. REPORT.AZ/ Fransanın Nitsa şəhərində futbol üzrə 2018-ci il dünya çempionatının yarımfinalında qarşılaşan ölkə millisi ilə Belçika arasında matçın final fitinə bir neçə dəqiqə qalmış yaranan çaxnaşma nəticəsində təqribən 30 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, ilkin məlumatlara görə, çaxnaşmaya havaya fişəng və ya tüstü şaşkasının atılması səbəb olub. İnsanlar qaçmağa başlayıblar, onlardan bəziləri barlarda gizləniblər, bir çoxları şokdan ağlayıblar. Küçələrdən birində yerləşən kafenin masa və stulları basabas nəticəsində çevrilib. Hadisə yerinə altı "təcili yardım" briqadası göndərilib.

Son xəbərlər

Orphus sistemi