Nikolas Hagen: "Azərbaycanda oynamaq məni şəxsiyyət və futbolçu kimi böyütdü"

Nikolas Hagen: "Azərbaycanda oynamaq məni şəxsiyyət və futbolçu kimi böyütdü" "Azərbaycanda oynamaq təcrübəsi məni şəxsiyyət kimi böyüməyə vadar etdi. Bu, mənə zövq verir. Çünki futbolçu kimi də inkişaf etdim".
Futbol
16 İyul , 2021 12:26
Nikolas Hagen: Azərbaycanda oynamaq məni şəxsiyyət və futbolçu kimi böyütdü
Nikolas Hagen

"Azərbaycanda oynamaq təcrübəsi məni şəxsiyyət kimi böyüməyə vadar etdi. Bu, mənə zövq verir. Çünki futbolçu kimi də inkişaf etdim".

"Report"un məlumatına görə, bu fikirləri "Səbail"lə yollarını ayıran qvatemalalı qapıçı Nikolas Hagen ölkəsinin mətbuatına açıqlamasında deyib.

25 yaşlı qolkiper bildirib ki, Bakı təmsilçisinin heyətində bu qədər oyun keçirmək ona mənəvi rahatlıq verib: "Artıq futbola fərqli şəkildə baxmağı bacarıram. Hər gün inkişaf etməyə daha çox can atıram. Ümid edirəm ki, belə halların sayı çox olacaq".

Hagenin sözlərinə görə, inkişaf etmək üçün daha çox çalışır: "Artıq hər şeyi daha yaxşı etmək istəyən və qapıya tərəf gələn hər topu dayandırmağa çalışan sakit bir Hagen görürəm".

O, əsas hədəfinin karyerasını ölkə xaricində davam etdirmək olduğunu söyləyib: "Qvatemalaya qayıtmağı qətiyyən düşünmürəm. Daha rəqabətli liqalarda oynamaq istəyirəm".

Qeyd edək ki, Nikolas Hagen 2020/2021 mövsümündə "Səbail"də çıxış edib.

Son xəbərlər

Orphus sistemi