Nikola Yurçeviçin izləyəcəyi Premyer Liqa matçları bəlli olub

Nikola Yurçeviçin izləyəcəyi Premyer Liqa matçları bəlli olub Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviçin izləyəcəyi Premyer Liqa matçları bəlli olub.
Futbol
9 Fevral , 2019 13:23
Nikola Yurçeviçin izləyəcəyi Premyer Liqa matçları bəlli olub

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviçin izləyəcəyi Premyer Liqa matçları bəlli olub.

Bu barədə “Report”a xorvatiyalı mütəxəssisin özü məlumat verib. O, deyib ki, XVI turun bu gün saat 18:30-da start götürəcək “Sumqayıt” - “Qarabağ” və bazar günü saat 14:00-da başlayacaq “Neftçi” - “Keşlə” oyunlarına canlı baxacaq.

N.Yurçeviç “Bakıya gəlməyiniz AFFA ilə müqavilə bağlayacağınız anlamına gəlir” sualına belə cavab verib: “Sadəcə onu deyə bilərəm ki, AFFA ilə çox yaxşı danışığımız olub”.

Qeyd edək ki, AFFA bu gün N.Yurçeviçin Bakıya gəldiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi