Nikola Yurçeviç: "Uelsin futbolçuları çox güclüdür"

Nikola Yurçeviç: "Uelsin futbolçuları çox güclüdür" Maraqlı oyun alındı.Görüşün ilk dəqiqələrində Neftçinin qol şansları var idi. Zirə də yaxşı kollektivdir və kompakt oyun sərgilədi. Neftçi qol şanslarından da yararlana bilmədi.
Futbol
26 Avqust , 2019 22:02
Nikola Yurçeviç: Uelsin futbolçuları çox güclüdür

"Maraqlı oyun alındı.Görüşün ilk dəqiqələrində "Neftçi"nin qol şansları var idi. "Zirə" də yaxşı kollektivdir və kompakt oyun sərgilədi. "Neftçi" qol şanslarından da yararlana bilmədi".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "Zirə"nin "Neftçi"ni məğlub etdiyi (1;0) matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

53 yaşlı mütəxəssis Xorvatiya və Uels milliləri ilə oyun üçün yığmaya cəlb edə biləcəyi futbolçular barədə də danışıb: "Hər şey ola bilər. Millidə "Neftçi"nin üzvləri var. Belə oyunçuların yenə dəvət almaq şansları var" .

Xorvatiyalı məşqçi millinin siyahısını tərtib etmək üçün köməkçisi ilə müzakirə aparacağını söyləyib: "Bəzi futboluçular zədəlidir. Bədavi Hüseynov uzun müddət yaşıl meydanlardan kənar qalıb".

Yurçeviç Renat Dadaşovun İngiltərənin "Vulverhempton" klubu ilə müqavilə imzalamasına da münasibət bildirib: "Buna sevindim. Onun millidə necə çalışdığını görürəm. Dadaşovun Premyer Liqa klubuna keçməsi möhtəşəmdir. Yaxşı hücumçudur. İnanıram ki, icarəyə verildiyi Portuqaliya klubunda da yaxşı çıxış edəcək.

Baş məşqçi hazırda Uels ilə matçı düşündüklərini vurğulayıb: "Rəqibin futbolçuları çox güclüdür".

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uelslə, 10-da isə evdə Xorvatiya ilə üz-üzə gələcək.

Orphus sistemi