"İlk yarını iki hissəyə bölə bilərik. Yaxşı və pis oynadığımız vaxtlar oldu. Hesabda geri düşsək də, dərhal öz oyunumuzu tapdıq və 2 standart vəziyyətdən qol vurduq".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci Azərbaycanla yoldaşlıq matçının ilk hissəsini dəyərləndirərkən deyib.
Veteran hücumçu Canni De Byazinin rəhbərlik etdiyi kollektivin oyuna daha istəkli başladığını bildirib: "Rəqibin bu cür oynayacağını bilirdik. Onların meydandakı istəyinə qarşılıq vermədik, problem yaşadıq. Hesabı bərabərləşdirdikdən sonra komandamız daha yaxşı oynamağa başladı".
Qeyd edək ki, Alanyadakı Oba stadionunda keçirilən görüşdə ikinci hissə oynanılır və Türkiyə seçməsi 2:1 hesabı ilə öndədir.