Nigeriya millisinin hücumçusu zədə üzündən dünya çempionatında iştirak etməyəcək

Futbol
  • 29 may, 2018
  • 05:23
Nigeriya millisinin hücumçusu zədə üzündən dünya çempionatında iştirak etməyəcək

Bakı. 29 may. REPORT.AZ/ Nigeriya milli komandasının və Belçikanın "Gent" klubunun futbolçusu Simon Moyzes Rusiyadakı dünya çempionatında iştirak etməyəcək.

"Report"un məlumatına görə, 22 yaşlı hücumçu məşq zamanı zədələnib. Tibbi müayinə nəticəsində onun 3-4 həftə müddətinə sıradan çıxdığı müəyyənləşib. Baş məşqçi Gernot Ror yığmanın vacib oyunçusunu itirmələrinə təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Simon Moyzes ötən mövsüm "Gent"in heyətində 33 oyuna 6 qol vurub. 

44 filmi