Niderlandın xəbər agentliyində "Qarabağ" haqda məqalə dərc olunub

Niderlandın xəbər agentliyində "Qarabağ" haqda məqalə dərc olunub "Artıq "Qarabağ"ın qalibiyyəti "ruhlar şəhəri"nə dönmüş Ağdamın unudulmasına imkan vermir"
Futbol
27 Sentyabr , 2017 17:39
Niderlandın xəbər agentliyində Qarabağ haqda məqalə dərc olunub
Nos.nl

Bakı. 27 sentyabr. REPORT.AZ/ Niderlandın NOS xəbər agentliyində “Qarabağ” futbol klubu haqqında “Qaçqınların milyonluq top uğrunda mübarizəsi” başlığı altında məqalə dərc olunub.

"Report" müəllifi Artur Huizinga olan həmin məqaləni təqdim edir...

Kim fikirləşir ki, "Lester" İngiltərə Premyer Liqasında reallaşan ən böyük futbol nağılıdir, o, "Qarabağ" haqqında heç nə eşitməyib. Azərbaycan çempionu bu axşam saat 20.00-da Çempionlar Liqasindakı ilk ev oyununu "Roma"ya qarşı keçirəcək. 

"Qarabağ"ın möhtəşəm tarixini başa düşmək üçün gərək 2 avqust 1993-cü ilə qayıdaq. Günün ikinci yarısında bir qrup kişi əllərində diplomlar bir poster üçün şəkil çəkdirirlər və bu diplom onlara imkan verir ki, çempionatda iştirak etsinlər.

1993-cü il Azərbaycan və Ermənistan arasinda Qarabag uğrunda gedən müharibənin pik noqtəsi odi. 4 il əvvəl Sovet qoşunların köməyilə orada yaşayan ermənilər Azərbaycan SSR-ə qarşı çıxdılar. 1992-ci ildə Ermənistan və Azərbaycan müstəqil oldular və konflikt yeni qüvvə ilə qanlı müharibəyə döndü. Çoxlu dinc sakin müharibənin qurbanı oldu. Ağdam isə Qafqaz dağları reqionunda ən böyük şəhərlərdən biri, müharibədən əvvəl azərbaycanlıların kompakt yaşayan şəhər idi. Amma 1993-cü ildə aylardir davam edən bombardman altında oldu.

Sahənin yaxınlığına düşən mərmilər

Ağdam komandasının futbolçuları bütün çətinliyə baxmayaraq, bu təhlükəyə məhəl qoymurdular. Onlar doğma İmarət stadionunda oynayır və sahəyə yaxın düşən mərmilərə fikir vermədən məşqlərini davam etdirirdilər .

İnanılmazdır? Amma bu, gerçəkdir, şəkilli sübutları da var.

Ağdam klubu həmin il çox güclü komandaya malik idi və komandanın tərkibi bir-iki oyunçudan başqa, əsasən yerli futbolçulardan təşkil olunmuşdu. Həmin il onlar Bakıda Azərbaycan Kubokunun sahibi oldular. Qısa müddətdən sonra komanda üzvləri yenidən Bakıya qayıtdılar.

"Qarabağ" ilk dəfə Azərbaycan çempionluğunu qazandı, amma futbolçuların üzləri gülmürdü. Bu qələbəni qeyd etmək istəmirdilər, çünki bir həftə əvvəl onların doğma şəhəri olan Ağdam ermənilər tərəfindən zəbt olunmuşdu. Bütün sakinlər şəhəri tərk etməli olmuşdular.

Bütün bunları komanda üzvləri hələ bilmirdilər. Onlar bütün güclərini oyuna konsentrasiya etmişdilər. Yalnız matça iki gün qalmış bu acı xəbəri aldılar. Oyunçular nə evlərinə, nə də yaxınlarına zəng edə bilmirdilər. Bu, elə vaxtlar idi ki, mobil telefonlar da mövcud deyildi.

Sadiqlik

"Qarabağ" qaçqın klub olmasına baxmayaraq, qısa zamanda milyonlarla insanın sevgisini qazandı. Uzun illər çox minimal vasitələrlə özlərini meydanda saxlaya biliblər, keçmiş oyunçuların sadiqliyi ilə və komandadan olmayan onları sevən insanların koməyi ilə çoxlarının sevgisini qazanıblar. Bu, hələ cərəyan edən hadisələrin görünən tərəfinin az hissəsidir.

Baş məşqçinin köməkçisi olan Müşfiq Hüseynov 1993-cü ilin Azərbaycan çempionatında ən çox qol vuran oyunçulardan idi. Yarımmüdafiəçi Qara Qarayev Ağdam yaxınlığında doğulub və çox kiçik vaxtlarında şiddətli müharibənin başlanmasına görə oranı tərk etməyə məcbur olub. Hətta çox böyük xarizmaya sahib olan komandanın kapitanı Rəşad Sadıqov Ağdam əsillidir. 

Bu, hələ hamısı deyil. 2010 - 2012-ci illərdə "Qarabağ" qaçqın düşərgəsində olan stadionda oynayıb. Bu isə o deməkdir ki onlar sərhəd zonasına çox yaxın məsafədə çıxış ediblər. Bəli, siz yazılanları düz oxudunuz. Müharibə heç vaxt dayandırılmayıb. Buna baxmayaraq, bir çoxları bunu dondurulmuş konflikt adlandırır .

Hazırda Ağdam sakinlərinin yarısı hələ də cəbhə xəttinə yaxın ərazidə yaşayır və açıq hava olduğu vaxtda onlar oradan öz doğma şəhərlərini görmək imkanı əldə edə bilirlər.

Peşəkar futbolçulara isə nostalji hisslərə qapanmaq üçün vaxt yoxdur. Hər iki həftədən bir, ən azı beş saat avtobusda keçirərək onlar öz ev oyunları üçün yola düşürdülər, minimal rahatlıq şəraitinə malik otaqlarda gecələyirdilər. Bütün stadionda və otaqlarda yalnız soyuq su gəlirdi və əyləncə isə stadionun ərazisində yerləşən çay evindən ibarət idi. Bu, bir çox oyunçu üçün çox çətin sinaq və uzaq məsafə idi.

Müvəffəqiyyət hekayəsi

Sadalanan səbəblərə görə klub rəhbərliyi qərara aldı ki, onlar Bakıda yerləşdirilsinlər. Bu da böyük uğur gətirdi. 2014-cü ildə "Qarabağ" Leroy Corcla birgə yenidən çempion oldu. Bundan sonra onlar 3 dəfə ölkə çempionluğunu və kuboku qazandılar. 2014-cü ildə "Tvente"ni "play-off" mərhələsindən uzaqlaşdırdıqdan sonra Azərbaycan çempionu 3 dəfə Avrolıqanın qrup mərhələsində çox uğurlu nəticə göstərdi.

Klub indi tərkibində tanınmış oyunçusu olmayan və büdcəsi Hollandiyanın "Zvolle" klubunun büdcəsi ilə təqribətn eyni olaraq Çempionlar Ligasında oynayır.

"Qarabağ" qrup mərhələsində ev oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. Həmin stadion 2015-ci ildə I Avropa Oyunları üçün tikilib.

Sabahkı oyun üçün isə rekord sayda - 68.000 bilet satilib. Olimpiya stadionu bir neçə gün əvvəl 2019-cu ilin Avroliqa finalının keçiriləcəyi stadion kimi seçilib. 2020-ci il Avropa çempionatının bir neçə oyununun da bu stadionda keçirilməsi nəzərdə tutulub.

1993-cü ildə qazandığı çempionluq diplomu əlində saxlayan Aslan Kərimov yüksək nailiyyət nöqtəsində - 2011-ci ildə komanda ilə vidalaşdı. "Çelsi", "Atletiko" və "Roma" ..."  sadalayan komandanın keçmiş rekordçusu və hazırda "Qarabağ"ın oyunlarını analiz edən Kərimov deyir: "Fərq çox böyükdür, amma mən 1993-cü illəri yaxşı xatırlayıram. Allahın köməyi ilə biz hamını sevindirəcəyik".

Artıq "Qarabağ"ın qalibiyyəti "ruhlar şəhəri"nə dönmüş Ağdamın unudulmasına imkan vermir. "Çelsi" ilə ilk oyununda 0:6 hesabı ilə uduzan klub, demək olar ki, tək qalmışdı. İndi isə "Roma"ya qarşı oyunda onlar bütün xalqın dəstəyini hiss edirlər. Bu futbol nağılı isə burada hələ də bitmir.

Son xəbərlər

Orphus sistemi