Niderland yığmasının baş məşqçisi: Bəzən cəsarətli olmadığımızı deyib bizi tənqid edirlər

Niderland yığmasının baş məşqçisi: Bəzən cəsarətli olmadığımızı deyib bizi tənqid edirlər Bəzən başqa xalqlar kimi cəsarətli olmadığımızı deyib bizi tənqid edirlər.
Futbol
7 İyul , 2024 02:30
Niderland yığmasının baş məşqçisi: Bəzən cəsarətli olmadığımızı deyib bizi tənqid edirlər

Bəzən başqa xalqlar kimi cəsarətli olmadığımızı deyib bizi tənqid edirlər.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Niderlanda millisinin baş məşqçisi Ronald Kuman Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Türkiyəyə qarşı oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis yarımfinalda oynamağın onlar üçün böyük uğur olduğunu söyləyib:

"Bütün xalq üçün bu xüsusi bir şeydir. Biz kiçik bir millətik və İngiltərə, İspaniya, Fransa ilə birlikdə yarımfinalda olduğumuz üçün fəxr edirik. Bu gecə əziyyət çəkməli olduq, amma asan oyun yoxdur. Bu emosional matç olsa da, böyük ürəyimiz var idi. İkinci hissəni yaxşı keçirdik. Əziyyət çəkməli olduq, lakin yarımfinalda oynamaq şansı qazanmaq böyük uğurdur".

Qeyd edək ki, Niderland - Türkiyə matçında R.Kumanın komandası 2:1 hesablı qələbəyə sevinib.

Son xəbərlər

Orphus sistemi