Niderland millisinin futbolçusu klubunu səhv saldı

Niderland millisinin futbolçusu klubunu səhv saldı İtaliyanın "Yuventus" klubunun və Niderland yığmasının futbolçusu Matteys de Liqt Avstriyaya 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin II tur matçından sonra müsahibə zamanı səhvə yol verib.
Futbol
19 İyun , 2021 12:44
Niderland millisinin futbolçusu klubunu səhv saldı
Matteys de Liqt

İtaliyanın "Yuventus" klubunun və Niderland yığmasının futbolçusu Matteys de Liqt Avstriyaya 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin II tur matçından sonra müsahibə zamanı səhvə yol verib.

"Report"un məlumatına görə, 22 yaşlı müdafiəçi hazırkı və keçmiş komandalarını qarışdırıb.

"Avstriya ilə görüşdə uzun ötürmələrlə daha çox oynamalı olurduq. "Ayaks"ın oyunçusu kimi buna adət etməmişdim", - deyə o bildirib.

Bu zaman jurnalist "Axı siz "Yuventus"da çıxış edirsiniz" söyləyib. De Liqts isə sözlərinə belə düzəliş edib: "Bəli, əlbəttə. Mən belə açıqlama verərkən, özümü "Ayaks"ın keçmiş oyunçusu kimi nəzərdə tuturdum".

Qeyd edək ki, Matteys de Liqt "Ayaks"dan "Yuventus"a 2019-cu ildə 85,5 milyon avroya keçib. Ötən mövsüm istedadlı müdafiəçi A Seriyasında 27 oyuna 1 qol, 1 məhsuldar ötürmə və 4 sarı vərəqə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi