Niderland klubunda 8 futbolçu koronavirusa yoluxdu

Niderland klubunda 8 futbolçu koronavirusa yoluxdu Niderlandın AZ komandası UEFA Avropa Liqasının F qrupunun ilk turunun İtaliya "Napoli"si ilə oyunu öncəsi problemlə üzləşib.
Futbol
515
20 Oktyabr , 2020 17:56
Niderland klubunda 8 futbolçu koronavirusa yoluxdu

Niderlandın AZ komandası UEFA Avropa Liqasının F qrupunda ilk turun İtaliya "Napoli"si ilə oyunu öncəsi problemlə üzləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçular arasında koronavirusa kütləvi yoluxma faktı aşkarlanıb.

8 oyunçunun analizinin nəticəsi müsbət çıxıb. Onların adları açıqlanmayıb. Erediviziya təmsilçisi məsələ ilə bağlı yerli federasiya və qitə futbol qurumunu məlumatlandırıb.

Daha əvvəl klubun 9 əməkdaşında infeksiya aşkarlanıb.

Qeyd edək ki, "Napoli" - AZ oyunu oktyabrın 22-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi