Neymarın cəzası açıqlandı

Neymarın cəzası açıqlandı Fransa Futbol Federasiyasının Nizam-İntizam Komitəsi ölkə çempionatının II turunun PSJ - "Marsel" oyununda (0:1) baş verən kütləvi dava ilə bağlı qərarını açıqlayıb.
Futbol
536
17 Sentyabr , 2020 16:50
Neymarın cəzası açıqlandı
Neymar

Fransa Futbol Federasiyasının Nizam-İntizam Komitəsi ölkə çempionatının II turunun PSJ - "Marsel" oyununda (0:1) baş verən kütləvi dava ilə bağlı qərarını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, ən ağır cəzaya meydan sahiblərinin müdafiəçisi Leven Kürzava məruz qalıb. 28 yaşlı müdafiəçi 6 oyunluq diskvalifikasiya olunub.

Onun komanda yoldaşları - Neymar və Leandro Paredes, həmçinin qonaqların futbolçusu Jordan Amavi 3 matçlıq cəzalandırılıblar. "Marsel"in hücumçusu Dario Benedetto 1 oyunu buraxmalı olacaq.

Anhel Di Mariya (PSJ) və Alvaro Qonsaleslə bağlı isə araşdırma davam edir və yekun qərar qarşıdakı günlərdə veriləcək.

Qeyd edək ki, sözügedən matçda davaya L.Paredesin rəqib futbolçuya qarşı kobud oyunu səbəb olmuşdu.

Son xəbərlər

Orphus sistemi