Neymar "Barselona”ya qayıtmağa köklənib

Neymar "Barselona”ya qayıtmağa köklənib “Pari Sen-Jermen” (PSJ) futbol komandasının hücumçusu Neymar əvvəlki kimi yay transfer pəncərəsində klub qeydiyyatında əvəzetməni nəzərdə tutur.
Futbol
8 İyun , 2020 04:56
Neymar Barselona”ya qayıtmağa köklənib

“Pari Sen-Jermen” (PSJ) futbol komandasının hücumçusu Neymar əvvəlki kimi yay transfer pəncərəsində klub qeydiyyatında əvəzetməni nəzərdə tutur.

"Report" xəbər verir ki, bu barədə “Mundo Deportivo” bildirib.

Məlumata görə, braziliyalı "Barselona”ya qayıdışına ümid edir. Neymar bir il əvvəl də bu arzusunun reallaşmasına yaxın olub, ancaq həmin vaxt klublar transferin qiyməti məsələsində razılığa gələ bilməyiblər. Nəşr iddia edir ki, indi “parislilər” pandemiyaya görə hücumçu üçün ödənişin məbləğini azaltmağa hazırdır.

Futbolçunun PSJ ilə qüvvədə olan razılaşması 2022-ci il ilə qədər nəzərdə tutulub.

Daha əvvəl bildirilirdi ki, "Barselona" Neymarı almaqdan imtina edib.

Son xəbərlər

Orphus sistemi