Neymar və Mbappe sıraya döndü

Neymar və Mbappe sıraya döndü Hər iki hücumçu komanda ilə məşqlərə qoşulub
Futbol
20 Noyabr , 2020 14:52
Neymar və Mbappe sıraya döndü
Neymar və Mbappe

Fransanın PSJ klubunun futbolçuları Neymar və Kilian Mbappe zədələrini sağaldıb.

"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki hücumçu komanda ilə məşqlərə qoşulub.

Onlar Fransa çempionatında XI turun "Monako" ilə səfər matçı üçün sifariş ediliblər.

Qeyd edək ki, Kilian Mbappe Çempionlar Liqasının qrup mərhələsində Türkiyədə "Başakşehir"i 2:0 hesabı ilə məğlub etdikləri oyunda zədələnib. Neymar isə Braziliya yığmasının heyətindən bud əzələsində problem aşkarlandığı üçün kənarlaşdırılıb.

Qeyd edək ki, "Monako" - PSJ matçı noyabrın 20-də olacaq.

Son xəbərlər

Orphus sistemi