Neymar PSJ-ni "Çelsi"yə dəyişə bilər
Futbol
- 15 fevral, 2023
- 18:19
Fransa PSJ-sinin futbolçusu Neymar İngiltərənin "Çelsi" komandasına keçə bilər.
"Report" "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, London klubunun sahibi Todd Bouli Paris təmsilçisinin prezidenti Nasser Əl-Xəlaifi ilə naharda görüşüb. Onlar braziliyalı hücumçunun "zadəganlar"a transfer ehtimalını müzakirə ediblər.
İddiaya görə, "mavilər" bu keçid üçün qarşı tərəfə 60 milyon avro təklif etməyə hazırdır.
Daha əvvəl PSJ-nin yay transfer pəncərəsində Neymarla vidalaşmağa hazır olduğu bildirilib. Lakin 31 yaşlı forvard klubundan ayrılmaq istəmir.
Qeyd edək ki, ulduz futbolçu bu mövsüm meydana çıxdığı 28 oyunda 17 qol vurub və 16 məhsuldar ötürmə edib.
Son xəbərlər
09:01
Azərbaycanın U-21 millisi Avropa Çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək
Futbol08:40
Foto
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib
Formula 108:37
Foto
Güclü yağış və sel suları nəticəsində zərər görmüş yol infrastrukturunda bərpa işləri davam etdirilir
İnfrastruktur08:20
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:15
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb
Formula 108:12
Foto
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Xarici siyasət07:55
Bu gün Yasamal rayonu ilə Zirə qəsəbəsinin bir hissəsində işıq olmayacaq
Energetika07:27
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
Region07:00